Site icon Aznews TV

Şərqi Azərbaycan vilayətində Covıd-19-la bağlı son vəziyyət

Şərqi Azərbaycan ustanında son bir həftədə koronavirusla bağlı vəziyyət riskli həddə çatıb. Belə ki, bölgədə gündəlik olaraq 20 nəfər COVID-19 səbəbindən həyatını itirir. Bunu Təbriz Tibb danişgahının rəisi Məhəmməd Hüseyn Sumi deyib. Onun sözlərinə görə, indiyədək 42 000 nəfərdə COVID-19 testinin nəticələri müsbət olub. Hazırda ustanda virusa tutulanlardan 1122 nəfər mərizxanalarda müalicə alır.
Rəsmi göstəricilərə əsasən, bugünədək Şərqi Azərbaycan ustanında 30 000 çox insan mərizxanalara yerləşdirilib. 130-dan çox məriz isə mekaniki ventilasyon dəstqahının köməyi ilə nəfəs alır.
Məhəmməd Hüseyn Sumi bildirib ki, mövcud şəraitdə maskdan istifadə və ictimai fasilənin gözlənilməsi mütləqdir.

Exit mobile version