Site icon Aznews TV

Şərqi Azərbaycanda işsizlərin 68 faizi Universitet məzunlarıdır

Şərqi Azərbaycanın Kooperasiya, Əmək və Sosial Rifah İdarəsinin başçısı Hüseyn Fəthi avqustun 9-da əyalətdə işsizliklə bağlı yeni statistikanı açıqlayıb.

Onun sözlərinə görə, 15-34 yaş arası gənclərdə işsizlik göstəricisinin 21% olduğunu və Şərqi Azərbaycanın Universitet məzunlarının 68 faizinin işsiz olduqlarını söyləyib.

Qadınlar arasında işsizlik göstəricisinin kişilərə nisbətdə daha çox olduğunu deyən Hüseyn Fəthi, qarşıdakı bir il müddətində əyalətdə 46 min iş yerinin açılacağının nəzərdə tutulduğunu iddia edib.

Şərqi Azərbaycanın Kooperasiya, Əmək və Sosial Rifah İdarəsinin başçısı bundan öncə aprelin 28-də verdiyi açıqlamada Şərqi Azərbaycanda Universitet məzunlarının 55%-nin işsiz olduğunu demişdi.

Fəthinin verdiyi ilk açıqlamadn keçən 3 ay müddətində Universitet məzunları arasında işsizlik göstəricisi daha 13% artıb.

Bundan öncə oxşar problemlə bağlı çıxış edən Əhər və Heris şəhərlərinin İran parlamentindəki nümayəndəsi Əhməd Məhərrəmzadə də Şərqi Azərbaycanda işsizliyin ciddi problemə çevrildiyini deyib.

Bölgədə müxtəlif infrastruktur problemlərinin olduğunu vurğulayan millət vəkili bildirib ki, sərmayə cəlb olunması, yeni iş yerlərinin açılması üçün yetərli tədbirlər görülmür.

Exit mobile version