Şərqi Azərbaycan Narkotiklərlə Mübarizə Koordinasiya Şurasının başçısı Əmir Rəncbər əyalətdə narkotik istifadəçilərinin təxmini sayı barədə statistikanı açıqlayıb.
Onun dediyinə görə, İranda 150 min narkotik aludəçisi olan və ölkə üzrə narkomanların 6 faizini təşkil verən qadınların 2400 nəfəri Şərqi Azərbaycan əyalətindədir və buda əyalət narkomanlarının 3 faizini təşkil verir.
Əmir Rəncbər son məlumatlara görə, Şərqi Azərbaycanda narkotik istifadəçilərinin təxminən 5 faziə yaxınının məktəblilər və öyrəncilər olduğunu söyləyib.
“Ölkədə narkomaniyanın yayılması 5,4, Şərqi Azərbaycanda isə 1,22-dir ki, bu da Şərqi Azərbaycanın narkomaniyanın yayılma səviyyəsinə görə İran üzrə 28-ci yerdə olduğunu göstərir”-deyə, Narkotiklərlə Mübarizə Koordinasiya Şurasının başçısı bildirib.