Azərbaycan

Qərbi Azərbaycan əyalətində ağır yol qəzası baş verib-Ölən və yaralananlar var

Qərbi Azərbaycan əyalətində ağır yol qəzası baş verib. Bu barədə Qərbi Azərbaycan əyalətinin Qızıl Aypara Cəmiyyətinin icraçı direktoru Əmir Cəfərzadə məlumat verib.

Əmir Cəfərzadənin verdiyi məlumata görə, yol nəqliyyat qəzası dekabrın 4-ü, gecə saatlarında Makı-Bazərqan yolunda olub.

Onun sözlərinə görə, iki minik avtomobilinin ağır yük maşını (TIR) ilə toqquşması nəticəsində 2 nəfər hadisə yerində ölüb, 3 nəfər ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Ə.Cəfərzadə yaralılardan birinin xüsusi avadanlıqlar vasitəsilə avtomobildən çıxarıldığını deyib. Onun sözlərinə görə yaralının durumu ağırdır.

Related Articles

Bir cavab yazın

Back to top button