Site icon Aznews TV

Şərqi Azərbaycanda xərçəng xəstəliyinə yoluxanların sayı artıb

Bu barədə Təbriz Tibb Elmləri Universitetinin rektor müavini Hüseyn Həqqayi açıqlama verib.

Bildirilib ki, döş, prostat, mədə, kolorektal, dəri, ağciyər, sidik kisəsi, qalxanabənzər vəzi və qan xərçənginə yoluxma sayında artım qeydə alınıb.

Həqqayi xərçəng xəstəliyinə yoluxanların 49%-nin qadınlar, 51%-nin isə kişilər olduğunu deyib. Onun sözlərinə görə, hazırda ölkə üzrə xərçəng xəstələrinin sayı 141.641 nəfərdir.

Exit mobile version