
İran Hava Yollarının baş direktoru Şəmsəddin Fərzadipur bu barədə açıqlama verib. O bildirib ki, təyyarələr bu ölkə ərazisində olan vətəndaşlarını geri qaytarmaq üçün Səudiyyə Ərəbistanına gedirmiş:
“Səudiyyə Ərəbistanı səbəb göstərmədən “Merac” təyyarələrinin ölkənin hava məkanına daxil olmasını qadağan edib”.
Qeyd edək ki, Meraj Hava Yolları SEPAH-nin nəzarətindədir və regionda İrana dəstək verən və silah daşıyan proksi qüvvələrlə əlaqəli olduğu bilinir.
Adıçəkilən aviaşirkətin adı Qərbin tətbiq etdiyi sanksiyalar siyahısında yer alır.