Site icon Aznews TV

Sabiq İran rəsmisindən xəbərdarlıq: “Urmu gölü quruyarsa, Təbriz boşaldılmalıdır”

“Urmu gölü bərpa edilməsə, İranda heç bir hökumət davam gətirə bilməz. Siz milyonlarla insanın köç dalğasının qarşısında dayana bilməzsiniz. İran hökuməti bacarıqsızlığı ucbatından gölü qurutduğu üçün neçəyə başa gəlməsindən asılı olmayaraq onu bərpa etməyə borcludur.

Urmu gölü bərpa olunmasa milyonlarla insanın həyatı təhlükəyə düşəcək”-deyə, keçmiş nazir hökumətə xəbərdarlıq edib.

O, daha öncə su mənbələrinin yanlış idarə edilməsi nəticəsində gölün quruması ilə bağlı edilən xəbərdarlıqlar barədə danışıb və bütün bunlara baxmayaraq hökumətin vaxtında tədbir görmədiyini deyib.

Qeyd edək ki, son statistikaya görə, Urmu gölünün 90 faizdən çoxu quruyub və gölün canlandırılması üçün nəzərdə tutulan layihələrin tamamlanması gecikdirilir.

https://t.me/AzadIranTelegram/9245

Exit mobile version