İqtisadiyyatİran

Sadiqi Ərdəbildə süni qiymət artımına sərt reaksiya verdi

Ərdəbildə maska və dezinfeksiyaedici mayeləri toplayanlarla ciddi davranılacaq.

Bu sözləri Ərdəbil Sənaye, Mədən və Ticarət İdarəsinin başçısı Ramin Sadiqi deyib. O, Səhiyyə Nazirliyinin qərarlarına istinad edərək xəstəlik riski olanlara maskalardan istifadə etmələrinin vacibliyini vurğulayıb.

“Maskalar və dezinfeksiyaedici maddələrə tələbin artmasından, təəssüf ki, bəzi insanlar sui-istifadə edir, məhsullarını baha satmağa və ya yığmaya başlayıblar. Maska və dezinfeksiyaedici mayeləri toplayanlarla ciddi davranılacaq. Bazarda baha satış, yığma və anbaretmə, qiymət verməmək kimi pozuntuları gördüyünüzdə 124 qaynar xətti ilə əlaqəyə keçin”.

O, Ərdəbildə maska və dezinfeksiyaedici maddələrin kifayət qədər olduğunu vurğulayaraq ölkədəki maska istehsalı ilə əşğul olan fabriklərin gücləndirilmiş iş rejiminə keçdiyini bildirib.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close