Sağlıq & Yaşam

Sağlam bədənə yiyələnmək üçün zəruri texnologiyalar

Bugünkü dünyada bədənimiz üzrə məlumatlı olmaq və sağlam bədənə malik olmaq üçün istifadə oluna bilən çoxlu proqram və teknologiyalar inkişaf etdirilib.

ISNA XA-nın məlumatına görə, əlverişli quruluşa və sağlam bədənə malik olmaq üçün istifadə edə biləcəyimiz aplikasiyalardan savayı bir sıra teknologiyalar də gəlişdirilib. Burada həmin teknologiyalardan başqa birini də sizə tanıtdırırıq.

Beyinə nəzarət texnologiyası

İdmançıların çoxu öz funksionallıqlarını yüksəltməyə müəyyən bir teknologiyadan yararlanırlar. Amma bu teknologiyaların bəziləri qeyri-adidirlər. Halo Nevro Sayns şirkəti bildirib ki, idmançılar öz məşqlərinin təsirini yüksəltməyə “Halo” adlanan idman hedfonundan yararlana bilərlər.

Bu başa taxılmalı cihaz beyinin hərəkətlə əlaqədə olan qişasını qıcıqlandırmaqla daha təsirli sinir birləşməsi ilə əlaqələr yarada bilir. Misal üçün bir idmançı güc tələb edən məşqlər etməkdə olarsa bu cihazın vasitəsi ilə tez bir zamanda  daha gərgin ağırlıqlarla məşq edə bilər.

“Halo” hedfonu beyinin işini yaxşılaşdırmaq üçün neyronların qıcıqlandırılmasından istifadə edir. Bu cihazın funksiyasının ilkin yoxlanılması üçün Amerikanın bir ski komandasının üzvlərinə tətbiq olunub və nəticədə cihaz onlara köməklik edib ki, daha yaxşı funksionallıq göstərə bilsinlər.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close