İran

İranın atom projəsini zərərsizləşdirmək üçün layihə hazırlanıbmış

Almanın «Фра́нкфуртер а́льгемайне ца́йтунг»,qəzeti, İsraillə İran arasında gedən qarşıdurmanı təhlil edib. “İsrail, İran hökumətinin atom proqramının qarşısını almaq üçün müxtəlif stratejilərdən istifadə edir”.

Qeyd edək ki, bir çox xəbər ajansları İranın Nətənz atom saytında partlayışa görə İsraili günahlandırıb. Bunu İsrailin İran rejiminin atom proqramını pozmaq üçün uzun müddətli planının bir qisməti olduğunu bildirib.

Qəzet yazır: “İsrailin İranın atom proqramı ilə mübarizə stratejisi Musadın keçmiş rəisinin (İsrailin xarici əmniyət servisi) dövründə hazırlanıb. Bu, Musadın İran hökumətinin bölgəsəl davranışlarına, xüsusilə İsrailə qarşı fəaliyyəti ilə bağlı hazırladığı yol nəqşəsi sayılır”.

“İsrailin İran rejiminin atomlaşmasının qarşısını almaq səyləri ilə yanaşı, Amerika Bərcamdan çıxıb. İran rejimini danışıqlar masasına qaytarmaq üçün yenidən iqtisadi təhrimlər icra edib ki, atom və bölgəsəl xətərlərinə həmişəlik son qoyacaq yeni bir razılaşma imzalansın. Ancaq Süleymaninin ölümü də Vaşinqton məqamlarını hələlik bu hədəfə yaxınlaşdıra bilməyib”, – deyə yazıda vurğulanır.

“Frankfurter Allgemeine Zeitung” qəzeti habelə yazır:
“Təqribən 17 il öncə İsrailin Xüsusi İttilaat və Əməliyyat Servisi (Musad) təşkilatın o vaxtkı rəisi Meir Daqanın rəhbərliyi altında İranın atom fəaliyətinə zərbə vurmaq və atom silahı əldə etməsinin qarşısını almaq üçün plan hazırlayıb. Görünür bu plan hələ də gündəlikdədir”.

Related Articles

Bir cavab yazın

Back to top button