İran

Tarixi abidə baxımsız qalıb

Kəleybər şəhərinin mərkəzində yerləşən tarixi abidə məhv olmaq üzərdir. Belə ki, xalq arasında Pircə-Ümüd adı ilə tanınan bu bina illərdir baxımsız qalıb. Əvvəllər yerlilər tərəfindən bu bina ocaq və ziyarətgah olaraq qəbul edilib.
İllərdir nəzarətsiz qalan tarixi əsərin hazırda yalnız divarları qalıb. Bina ətrafında insanların şəxsi tikililərini inşa etməsi də tarixi abidə üçün təhlükə yaradır.
Xatırladaq ki, indiyədək binanın hansı əsrə aid olduğu ilə bağlı heç bir araşdırma aparılmayıb.

Related Articles

Bir cavab yazın

Back to top button