Cəmiyyətİran

Salar Tahiri Əfşar mülki girov qarşılığında sərbəst buraxılıb

Urmu sakini, Milli-mədəni fəal Salar Tahiri Əfşar mülki girov qarşılığında sərbəst buraxılıb.

Bu barədə İranda İnsan Haqları Təşkilatı məlumat yayıb.

Məlumata görə, keçən həftə benzinin qiymətinin artmasına, inflyasiya və bahalaşmaya etiraz olaraq keçirilən aksiyalar zamanı təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən milli-mədəni fəal Salar Taheri Əfşar istintaq mərhələləri bitdikdən və işi məhkəməyə göndərilməsi üçün yekunlaşdıqdan sonra 100 milyon tümən mülki girov qarşılığında müvəqqəti azad edilib.

Xatırladaq ki, noyabrın 20-i Urmu şəhər ETTELAAT İdarəsinin məmurlarının Salar Tahiri Əfşarın şəxsi mənzilinə basqın edib, onun mənzilini təftiş etdikdən sonra fəalı təhlükəsizlik qüvvələrinin təcridxanasına aparılıb.

Bu həbslər çərçivəsində 16-20 noyabr tarixlərində Təbrizdə keçirilən umumi etirazlarda azı 30 nəfər təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq naməlum yerə aparılıblar.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close