Dünya

Salman və Putinlə danışdım: fikir ayrılığı… – Tramp

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əs-Səud və Rusiya Prezidenti Vladimir Putinlə 1 saat yarım telefon əlaqəsi saxladım.

Aznews.tv xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp mətbuat konfransında deyib.

O bildirib ki, hər iki liderlə Neft İxrac Edən Ölkələr Birliyi (OPEK) və neft sənayesi ilə bağlı uzun müzakirələr aparılıb:

“Proseslərin necə inkişaf edəcəyini görəcəyik. Bildiyiniz kimi OPEK-in iclası da keçirildi. Razılaşmaya çox yaxın olduqlarını deyə bilərəm. Yaxında başa düşərik”.

Tramp qeyd edib ki, Rusiya və Səudiyyə Ərəbistanının neft hasilatı ilə bağlı fikir ayrılığı mövcuddur:

“Ortada heç kimin necə istifadə edəcəyini bilmədiyi xeyli miqdarda neft hasilatı var. Bunları yığmaq üçün belə yer yoxdur”.

Related Articles

Bir cavab yazın

Back to top button