İranMədəniyyət və incəsənət

Salmasda türkcə mahnılardan ibarət konsert keçiriləcək

Güney Azərbaycanın Salmas şəhərində türkçə konsert keçiriləcək.

Aznews.tv xəbər verir ki, “Şor Su” turu adlanan pop musiqi janrında olan konsert salmaslı müğənni Həmid Nəsrin ifası və Afşin Muxtarinin prodüsserliyi ilə, avqust ayının 12-i Salmasın “İrşad İslami salonu”nda baş tutacaq.

Qeyd edək ki, bu kimi türkcə musiqi konsertləri bir çox çətinlik və risklərlə üz-üzə qalmasına baxmayaraq həyata keçirilir. Bütün Türk musiqisi sevənlərin bu konsertdə iştirakı gözlənilir. Konsert ilə maraqlananlar aşağıdaki link vasitəsilə biletləri əldə edə bilərlər.

Related Articles

Bir cavab yazın

Back to top button