Cəmiyyətİran

Saqqızda məhbusların qaçmasına zəmin yaradan 4 nəfər saxlanıldı

Saqqız həbsxanasından məhbusların qaçış planınında rolu olan 4 nəfər saxlanılıb.

Aznews.tv xəbər verir ki, bu barədə Kürdistan əyalətinin Müsəlləh Qüvvələrinin Məhkəmə İdarəsinin rəisi Müctaba Şirudbozorgi məlumat verib. Bildirilib ki, Saqqız həbsxanasından 80 məhbusun qaçmasından sonra Məhkəmə Sistemi rəisinin əmri ilə hadisədəki müqəssirlərin tapılması üçün bir iş açılıb, Kürdistan əyalətinin Müsəlləh Qüvvələrinin Məhkəmə İdarəsinin rəisi şəxsən hadisə yerində olub.

Onun dediyinə görə, Saqqız həbsxanasından məhbusların qaçışına görə çoxlu sayda təhlükəsizlik işçisi saxlanılıb, bir çoxları girov qarşılığında azad edilib. Onlardan 4-ü buraxılmayıb və istintaqları davam edir.

Qeyd edək ki, koronavirusun İranda genişlənməsi ilə artan həbsxana üsyanları çərçivəsində Saqqız həbsxanasındakı 80 məhkum həbsxanadan qaçıb.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close