Azərbaycan

Güneydə çəkilmiş türkçə “Dilmanc” filmi Amerikanın “Klermont” film festivalına qatılıb

Güney Azərbaycanda çəkilmiş qısametrajlı "Dilmanc" filmi Fransanın “Klermont” film festivalının ardınca Amerikanın “Klermont” film festivalına qatılıb

Türk dilində olan qısametrajlı filminin müəllifi və rejissoru Nigar Nəqəvi, prodüsseri isə İlhan Şahdır.

“Oskar və Britaniya Akademiyası Film Mükafatları tərəfindən təsdiqlənən bu festival dünyanın ən nüfuzlu qısametrajlı film tədbirlərindən biridir və artıq 26-cı ildir ki keçirilir”-deyə, filmin aktyoru Hadi İftixarzadə mediaya verdiyi açıqlamada bildirib.

15 dəqiqəlik qısametrajlı filmdə Radvin Zarei, Fərhad İsmaili, Fərhad Ağazadə və Vəcihə Haci Ağayi də rol alıblar.

“Dilmanc” filmində anası tərəfindən yaşamaq üçün kəndə göndərilən, ancaq atasını axtaran gənc oğlanın həyat hekayəsindən bəhs edir.

Related Articles

Bir cavab yazın

Back to top button