Site icon Aznews TV

Sayınqalalı mədəni fəal Babək Qabilnəjad həbs edilib

Qərbi Azərbaycan əyalətinin Sayınqala (Şahindej) şəhərində yaşayan mədəni fəal Babək Qabilnəjad həbs edilib.

Noyabrın 5-də həbs edilən mədəni fəalın ittihamı və harada saxlanıldığı barədə heç bir məlumat verilməyib.

Sayınqalalı gənc qız Nəsim Sidqinin oktyabrın 31-də Urmu şəhərində keçirilən etiraz aksiyasında öldürülməsindən sonra Sayınqala şəhərində təhlükəsizlik tədbirləri gücləndirilib və bir neçə nəfər həbs edilib.

Exit mobile version