Cəmiyyətİdmanİran

Şefer, İran futbolunun boykot edilməsinə çağırıb

Aznews.tv “Peyke İran” saytına istinadən xəbər verir ki, İranın “Esteqlal” komandasının sabiq baş məşqçisi Vinfred Şefer İran futbolunun kənarlaşdırılmasına və boykot edilməsinə çağırıb.

O, Almaniyanın “t-online” saytına ətraflı müsahibəsində İran futbolu ilə bağlı bir çox mövzulara toxunub.

Şefer İran-Kamboca oyununda Azadi stadionuna gedən qadınlar haqqında bunları deyib: “Bu, mənim FİFA-ya etdiyim tənqiddir. Federasiyanın bir sıra katibləri və bir neçə qadın xüsusi olaraq seçilir və VIP yerlərə müşayiət olunur. Keçən il də məhz belə oldu. Bunlar heç nəyi dəyişmir”.

O bildirib: “İnstaqramda və mediada bu qədər müdaxilələrdən və hücumlardan sonra FİFA-nın hələ yenicə özünə gəlməsinə görə məyus oldum. FİFA İrana ciddi bir ultimatum verməlidir. İran liqası başlamamalı idi. FİFA qanunun icra edilməli olduğunu bildirməli idi, əks təqdirdə milli klublar və komandaların yarışmasına icazə verilməyəcək. Heç bir kompromis olmadan”.

Şefer daha sonra davam edib: “İranda futbol çox siyasiləşib. Bəzi komandaların müəyyən azlıq və siyasi hüquqları var. Futbolda İdman naziri haqda şüar verirsəniz, bu artıq siyasi bir etirazdır”.

 

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button