Cəmiyyətİran

Sel Sistan və Bəlucistanın əkinçiliyinə 613 milyard tümən ziyan vurdu

Güclü yağışlar nəticəsində meydana gələn sel Sistan və Bəlucistan ustanında ilkin ehtimallara görə 613 milyard tümən zərər vurub.

Bu barədə Sistan və Bəlucistan Əkinçilik Təşkilatının rəisi Qulam Heydər Zurəgi əlumat verib. O, yağışların Sistan və Bəluçistan bölgəsindəki əkin sahələrinə, bataqlıqlara, əkin giriş yollarına, mal-davara, suvarma kanallarına, su hovuzlarına və balıq becərmə hovuzlarına ziyan vurduğunu söyləyib:

“Sistan və Bəlucistanın əkinçilik sektorunda ən böyük zərəri Konarək, Nikşəhr, Çabahar, Qasrqənd, Delgan, Mehristan, Sərbaz, Bəmpour, Funuc, Sibu və Soran və Xaş bölgələrində olub”.

Əlavə edək ki, Sistan və Bəlucistan bölgəsində 500 kənd və 14 şəhər daşqınlardan təsirlənib, 20 min yaşayış evi kiçik və böyük miqyasda ziyan görüb.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close