Site icon Aznews TV

Sel suları Savuc Bulaqda 13 mənzili basıb.

Batı Azərbaycanın Qızıl Aypara Cəmiyyətinin amil müdiri Əmir Cəfərzadə Savuc Bulaq Vilayətində selin oluşması barədə bildirib: “Savuc Bulaqda sel axını və su basması barədə xəbər alandan sonra bəlli olub ki, Savuc Bulaq şəhərinin Şöbəsinin 10 kilometrliyindən Mukrian bölgəsinə və Runas xiyavanınadək sel gətirici yağışlarla su ilə basılıb. Əməliyyat timləri, Əyalət və həmin vilayətdə edilmiş yönəltmələrlə bu bölgəyə göndərilib. Savuc Bulaq Vilayətindən bizə göndərilmiş ilk hesabata görə su basmış 13 yaşayış mənzilindən cihazlarla boşaldılıb, habelə sel sularında ilişmiş 25 avtomobil də qurtarılıb. Bu olayda 3 əməliyyat timi istifadə olunaraq elə ilk anlardan bu timlər həmin bölgələrdə olmuş, yardım göstərməyə və evlərdən suyu boşaltmağa məşqul olmuşlar. Eləcə bu sel basmasında suları boşaltmağa məxsus təchizatdan, 2 çamur boşaldıcı, 1 ambulans və yardımçı cihazları olan 2 yüngül avtomobildən istifadə olunub. Bu olayda can tələfatı olmayıb, köməklik xidmətləri hələ bitirilməyib.”

Exit mobile version