Site icon Aznews TV

SEPAH generalı Talibanı hədələdi

“Halal haqqımızı kimsəyə yedirtməyəcəyik. Haqqımızı onu yeyənlərin boğazından çəkib çıxaracağıq”,-  İsmayıl Kosəri Talibana xitabən deyib.

O, İran XİN başçısının sözlərini təkrar edərək bildirib ki, İran ümumiyyətlə Taliban hökumətini rəsmən tanımır.

Qeyd edək ki, mayın 18-də İran prezidenti İbrahim Rəisi Taliban hökumətinin Hirmənd çayının axınını dəyişdiyini iddia edib.

Rəisi Kabilin İranın su payını vermədiyini iddia edərək, Talibana xəbərdarlıq etmişdi.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan da oxşar bəyanat səsləndirərək, Əfqanıstana qarşı təzyiq vasitələrindən istifadəyə olunacağını bildirmişdi.

Bundan sonra Taliban rəsmiləri və komandirləri İrana cavab bəyanatları yayıb, istənilən hərəkətə adekvat cavab verəcəklərini bildiriblər.

Exit mobile version