Site icon Aznews TV

SEPAH-ın Qırmızı dəniz hövzəsində gizli fəaliyyəti üzə çıxdı

Siqal bu barədə “GNS” xəbər ajansına açıqlamasında məlumat verib. O bildirib ki, beynəlxalq medianın SEPAH-ın Qırmızı dənizdə hərbi dəniz bazası adlandırdığı “Saviz” gəmisinə İsrailin iddia olunan hücumundan sonra SEPAH həmin gəmiyə alternativ olaraq, hazırda da Eritreya sahillərində olan “Şəhid Rudəki” adlı yeni gəmisini gətirib.

Siqalın fikrincə, SEPAH Yəmən sahillərində mövcudluğunu “dəniz quldurlarına qarşı mübarizə” kimi əsaslandırır. Hərbi araşdırmaçı sonda qeyd edib ki, İran rejimi bununla Qırmızı dəniz hövzəsində daha fəal olmağa və husilərə daha çox silah göndərməyə çalışır.

Exit mobile version