BölgəDünyaİran

SEPAH İraqın Eyn-əl-Əsəd bazasına raket hücumu edib

İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın İraqdakı bazasına raket zərbələri endirib.

SEPAH-ın endirdiyi raket zərbələri nəticəsində ABŞ Hərbi Hava Qüvvələrinin təyyarəsi İraqın Eyn-əl-Əsəd bazasında uçuş-enmə zolağında məhv edilib.

Eyni zamanda bəzi mənbələr, İraqın Ərbil bölgəsində ABŞ mövqelərinə İranın atdığı ehtimal edilən raketin hücumdan öncə raketə qarşı sistem tərəfindən vurulduğunu bildirib.

İranın Xəbər kanalı SEPAH-ın bu əməliyyatının “şəhid Qasım Süleymani” adı altında icra edildiyini təsdiqləyib.

SEPAH Eyn-əl-Əsəd bazasına raket hücumunu təsdiqləyərək açıqlama yayıb. Açıqlamada bildirib ki, əməliyyat “Ya Zəhra” kodu ilə icra olunub və baza yerlə yeksən edilib.

SEPAH-ın qisas əməliyyatı çərçivəsində ABŞ-ın Eyn-əl-Əsəd bazasına ballistik raket atması nəticəsində azı 80 amerikalı hərbçinin öldürüldüyü bildirilib.

“Amerikalıların və bölgədəki müttəfiqlərinin mövqelərindən azı 104 hədəf müəyyən edilib ki, əgər amerikalılar yenidən səhv etsələr, bu mövqelər hədəf alınacaq”, SEPAH-ın təhlükəsizlik bölməsindən Təsnim agentliyinə deyilib.

Hücum nəticəsində bir neçə dron, helikopter və çox sayda hərbi təchizata ciddi ziyan dəyib.

Related Articles

Bir cavab yazın

Back to top button