O, dünən İran xəbər agentliklərinə müsahibəsində 2022-ci il etirazları zamanı “övladlarımızdan birinə zərər vermək üçün heç bir SEPAH döyüşçüsünün silah götürməsinə icazə verilmədiyini” iddia edib.
Halbuki ötənilki etirazlar zamanı repressiv qüvvələr tərəfindən 700-ə yaxın insan həlak olub, yüzlərlə etirazçı isə həmin qüvvələrin açdığı atəş nəticəsində görmə qabiliyyətini itirib.