Site icon Aznews TV

SEPAH sözçüsü: “Urmu gölünün qurumasından İslam Respublikasına qarşı istifadə olunur”

O, Urmu gölünün qurumasından hökumətə qarşı çıxmaq vasitəsi və bəhanəsi kimi istifadə edildiyini iddia edib.

“800 il ərzində dünyanın müxtəlif bölgələrində çox sayda Urmu gölü kimi göl quruyub. Bu iqlim dəyişikliyi yalnız İrana xas deyil. Sadəcə, bundan istifadə edərək İslam Respublikasının gücünü şübhə altına salmaq istəyirlər”,- SEPAH sözçüsü qeyd edib.

Qeyd edək ki, ekoloqlar və hətta hakimiyyətin bir sıra yüksək rütbəli məmurları da, Urmu gölünün indiki durumunu hakimiyyətin su qaynaqlarının idarə edilməsi sahəsindəki yanlış siyasətinin nəticəsi heab edirlər.

İki gün əvvəl keçmiş kənd təsərrüfatı naziri, Ekologiya Təşkilatının keçmiş rəhbəri və Urmu Gölünün Bərpası Qərargahının keçmiş başçısı İsa Kələntəri Urmu gölünün qurumasında hakimiyyətin laqeydliyinin əsas rol oynadığını deyib.

Exit mobile version