Site icon Aznews TV

Serbiya Kosova ilə sərhədə ordu yeritdi

Modern.azın xəbərinə görə, Serbiya Müdafiə Nazirliyindən faktı təsdiqləyiblər.

Bildirilib ki, silahlı qüvvələr təcili olaraq sərhədə doğru irəliləyib.

Qeyd edək ki, müsəlman albanların yaşadığı Kosova 2008-ci ildə müstəqilliyini elan edib.

Bu ölkə ABŞ və əksər Avropa ölkələri tərəfindən, o cümlədən Türkiyə tərəfindən tanınır.

Serbiya isə Kosovanı öz ərazisi hesab edir.

Exit mobile version