Site icon Aznews TV

Şimali Koreya ABŞ-a xəbərdarlıq edib

Bu barədə KXDR müdafiə departamentinin rəsmi nümayəndəsinin yaydığı bəyanatda deyilir.

Qeyd olunub ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus strateji kəşfiyyat təyyarəsi Şərq dənizinin üzərində məhv edilə bilər.

Vurğulanıb ki, iyulun əvvəlində Amerikanın iki kəşfiyyat təyyarələri, həmçinin “RQ-4 Global Hawk” strateji pilotsuz uçan aparatı Koreya yarımadası üzərində uçuşlar həyata keçirib.

Belə ki, iyulun 2-dən iyulun 9-dək olan müddətdə ABŞ təyyarəsi tərəfindən KXDR-in hava məkanının pozulması ilə bağlı bir neçə hal qeydə alınıb.

“Hazırda maksimum səbir və dözüm nümayiş etdiririk, lakin hər şeyin öz həddi var. ABŞ-ın bütün təxribatçı hərəkətləri dərhal dayandırılmalıdır”. (report)

Exit mobile version