Cəmiyyətİran

Şiraz həbsxanasında üsyan baş verdi

Şirazın Adilabad həbsxanasında üsyan baş verib.

Bu barədə məlumatı Fars əyaləti Prokurorluğunun rəisi Kazım Musəvi təsdiqləyib. O, məhbusların etiraz səbəbini açıqlamayıb:

“Bazar günü, gecə saatlarında Şirazın Adilabad həbsxanasının 2 korpusunda problemli məhbusların saxlanıldığı yerdə üsyan baş verib. Üsyanı hbsxanadakı 3 məhbus başladıb. Üsyanı başladan məhbuslar həbsxananın kameralarını sındırıblar. Ancaq təhlükəsizlik qüvvələrinin gəlməsi ilə hər şey nəzarətə alınıb”.

Qeyd edək ki, ötən günlərdə İranın müxtəlif həbsxanalarında koronavirusun geniş yayılması səbəbi ilə virusdan qorunmaq istəyən məhbuslar müvəqqəti azadlıq tələb etmiş, tələblərini eşitdirmək üçün üsyanlar qaldırmışlar. Bu üsyanlar çərçivəsində həbsxanadan qaçmağa müvəffəq olan məhbuslar da var.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close