Site icon Aznews TV

Şirazda güneyli türkoloqun anım mərasimi keçirilib

Fars əyalətinin mərkəzi Şiraz şəhərində güney azərbaycanlı türkoloq Hüseyn Məhəmmədzadə Sədiqin (Hüseyn düzgün) anım mərasimini keçirmək istəyən qaşqay türkləri İran təhlükəsizlik məmurları tərəfindən təhdid edilib.

Təhlükəsizlik idarəsindən qaşqa fəllara zəng edərək onları mərasimnin keçirilməsindən çəkindirməyə çalışıb, əks təqdirdə ağır nəticələrlə üzləşəcəklərini bildiriblər.

Qaşqay fəalların verdiyi məlumata görə, bütün bunlara baxmayaraq şəhərin “Bəhmən” mədəniyyət mərkəzində anım mərasimi baş tutub və qaşqay ziyalılar, mədəniyyət xadimləri və yazıçıları türkoloq barədə danışıb, şeirlər səsləndirib və Hüseyn Düzgünün xatirəsinə şamlar yandırınlar.

Qeyd edək ki, Tehranda yaşayan tanınmış alim, dilçi və türkoloq Hüseyn Məhəmmədzadə Sədiq avqustun 24-ü səhər saatlarında vəfat edib.

Avqustun 25-də onun nəşi Tehrandan doğma şəhəri Təbrizə gətirilib və “Vadi rəhmət” qəbristanlığında dəfn edilib.

Exit mobile version