Cəmiyyətİran

Sisəxt Şəhər Bələdiyə işçiləri etiraz mitinqi keçirirlər

Kohgiluyeh və Boyer Əhməd əyalətindəki 80-ə yaxın bələdiyə işçisi beşinci gündür etiraz mitinqi keçirirlər.

Aznews.tv xəbər verir ki, Sisəxt Şəhər Bələdiyə işçiləri keçən ilin isfənd ayı, bayramlıq və cari ilin 5 ayının maaşının bu günə kimi ödənilməməsinə etiraz ediblər.

Məlumata görə, Sisəxt şəhərinin bələdiyə işçilərin aldığı son əmək haqqı keçən ilin fevral ayına aiddir.
Sisəxt bələdiyə məsulları mali mənbələrin azlığı və çatışmazlığı səbəbindən işçilərə vaxtında maaş verə bilmədiklərini bildiriblər.

Qeyd edək ki, Sisəxt şəhəri Kohgiluye və Boyer Əhməd əyalətindəki Yasuc şəhərinin 35 kilometr şimal-qərbdə yerləşir.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close