İranSağlıq & Yaşam

Sistan və Bəlucistan mədrəsələri 4 günlük bağlanıb – Səbəb

Anfluanza xəstəliyi səbəbilə Sistan və Bəlucistan mədrəsələri 4 günlük bağlanıb.

Bu barədə Sistan və Bəluçistan Təhsil İdarəsinin rəisi Həmidrza Rəxşani məlumat verib.

Anfluanzanın yayılmasını nəzərə alaraq, bugündən gələn həftənin yekşənbə gününə qədər bu ustanın mədrəsələri bağlanır.

“Son bir neçə gündə Sistan və Bəlucistanda anfluanzanın yayılmasının şahidi olduq. Belə ki, bu xəstəik əlamətləri olan bir çox insan xəstəxanalara  göndəriliblər”.

Zahidan Tibb Elmləri və Behdaşt Xidmətləri Daneşqahının rəisi Məhəmməd Haşimi Şəhri isə bildirib ki, 150 nəfərdən çox anfluanza və soyuqdəymə xəstəsi indi Zahedan mərizxanasında bəstəri olublar.

Onun sözlərinə görə, bu günə qədər anfluanzadan 5 nəfər ölüb.

Səhiyyə nazirinin müavini Əlirza Rəisi bildirib ki, İranda anfluanzanın yayılması nəticəsində bu günə qədər 4 min nəfər xəstəxanaya yerləşdirilib. 4 həftə öncədən indiyə qədər İranda anfluanza xəstəliyi vaxtından qabaq yayılmağa başlayıb:

“Onun yayılması elə bir həddədir ki, bir epidemiyanin yaranmasından danışmaq olar”.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close