Cəmiyyətİran

Sistan və Bəlucistanda içməli su problemi davam edir

Sistan və Bəlucistanda içməli su problem hələ də davam edir.

Vilayətin Böhran Müdiriyyəti Təşkilatının müavini  Ruhullah Sərgəzin məsələyə münasibət bildirib. O qeyd edib ki, seldən 25 gün keçsə də, 25 kənddə içməli su problem həllini tapmayıb.

“Ustanın cənubunda yağan aramsız yağışlar sayəsində 369 kəndin suyu kəsilib. Çalışmalardan sonra 342 kəndə su qismən verilib.  Sel yaşayış evləri, əkin sahələri, yollar, su şəbəkəsi kimi önəmli alanlara 450 milyard tümən dəyərində zərər vurub. Sistan və Bəlucistanda baş verən sel Gülüstan ustanında gələn seldən 3.5 dəfə çox olub”.

Xatırladaq ki, Dey ayının sonlarında yanvarın ortalarında Sistan və Bəlucistan, Kirman və Hörmüzqan ustanlarında sel fəlakəti baş verib. Sel nəticəsində yollar dağıldığından 890 kəndlə əlaqə saxlamaq qeyri-mümkün hal alıb.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close