Site icon Aznews TV

Sistan və Bəlucistan əyalətində iki dinc sakin hərbçilər tərəfindən öldürülüb

İranşəhr yaxınlığında hərbi qüvvələr yolda hərəkət edən maşına atəş açıb. Nəticədə 18 yaşlı Mətin Narui başından güllə yarası alaraq həyatını itirib.

Həmin gün Hirmand rayonu kəndlərinin birində baş verən başqa bir hadisədə 45 yaşlı Əmir Səfəri sinəsindən güllə yarası alıb. Evindən cəmi 100 metr aralıda olan Əmir Səfəri aldığı xəsarətlərdən dünyasını dəyişib. Onun ailəsinin bu faciəli hadisə ilə bağlı sorğuları yerli hakimiyyət orqanları tərəfindən cavabsız qalır.

#SistanBelucistan

Exit mobile version