Site icon Aznews TV

Sistan və Bəluçistanda silahlı qarşıdurmada iki nəfər həlak olub

Bu barədə şəhər rəhbərliyi məlumat yayıb.

Rəsmi məlumata görə, bəluçların “Ceyş əl-Ədl” silahlı təşkilatına qarşı keçirilən əməliyyat zamanı təşkilatın 1 üzvü öldürülüb, 6 üzvü isə həbs edilib.

Bəluç Fəallarının Kampaniyasının yaydığı məlumatda isə bir neçə saat davam edən atışma yerinə onlarla hərbi maşın və ambulansın cəlb olunduğu bildirilib.

Kampaniya, yarım ağır, o cümlədən qumbara atanlardan və avtomat silahlardan istifadə olunan qarşıdurma nəticəsində ölən və yaralananların rəsmi məlumatlarda göstəriləndən daha çox olduğunu iddia edib.

“Ceyş əl-Ədl” silahlı təşkilatı axşam saatlarında yaydığı bəyanatda SEPAH qüvvələrinin hücumu nəticəsində 2 üzvünün öldürüldüyünü təsdiq etsə də, 6 üzvünün həbsi barədə məlumatı təkzib edib.

Hadisə şahidlərinin sözlərinə görə, hökumət qüvvələrinin “Ceyş əl-Ədl” üzvlərinin olduğu binaya yarım ağır silahlarla hücumu nəticəsində ətraf evlər də xəsarət alıb.

Exit mobile version