Cəmiyyətİran

Siyasi fəal Xameneinin istefasını tələb etdi

Ukrayna təyyarəsinin qəzaya uğraması İslam Respublikasında sistematik bir yalan üzrə  hakimiyyətin qurulduğunu nümayiş etdirir.

Bu sözləri siyasi fəal Əbülfazl Qədyani yazdğı məktubda bildirib. O, Əli Xameneinin hakimiyyətdən getməsini və rejim dəyişikliyini tələb edib.

“Dini despotizm sahibi Əli Xamenei, üç gün təyyarənin qəzaya uğramasının səbəbini gizlətdi. Xalq qarşısında yalan danışdı və yalanlarına təkid etdi. Raket məsələsini təkidlə rədd etdilər. Qəribədir ki, bunun tamamilə elmi cəhətdən mümkün olmadığını iddia etdilər.Təbii ki, yalanlar və sistematik aldatma dini avtoritar sistemin ayrılmaz hissəsidir. Amma sonda ictimaiyyətin təzyiqi, Ukrayna və Kanadanın təqibləri ilə SEPAH ilə birgə qərargah rəisləri məsuliyyəti öz üzərlərinə götürməyə məcbur oldular. Açıqlamada təyyarənin SEPAH-ın raketi tərəfindən vurulduğu bildirilib. Təyyarəyə atılan raket noyabr etirazlarının qurbanlarının beyni və ürəyinə atılan güllələrə bənzəyir. Bu məzlum İran xalqına bir başa atəş açmaq deməkdir. Xamenei bu yaramaz hakimiyyətdən əl çəkməli, istefa verməli, İslam Respublikasını dəyişdirmək və sekolar demokratik respublika qurmaq üçün keçiriləcək referenduma hazırlaşmaq məqsədi ilə kənara çəkilməlidir. Dəfələrlə dediyim kimi, referendom sisteminin dəyişdirilməsinin ən dinc və az xərcli yolu budur. Bir çox siyasətçinin referendumun mümkün olmadığını söylədiyini və deyəcəyimi bilirəm. Cavabım xalq istəsə və referendumun ictimai bir tələb olacağı təqdirdə mümkündür”, – məktubda bildirilib.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close