
Təbrizin mərkəzi həbsxanasında saxlanılan və 7 gün davam edən aclıq aksiyasından sonra bazar günü fiziki zorakılığa məruz qalaraq tək kameralı otağa salınan məhbus Əmir Səttari Rauf dünəndən etibarən aclıq aksiyasına başlayıb. Bu vətəndaş məhkəmə işinə baxılmasının gecikdirilməsi və materiallarda olan qüsurlarla əlaqədar bazar ertəsi, 10 iyun 2019-cu il tarixdən quru aclıq aksiyası keçirir.
Aznews.tv “Siyasi-mədəni məhbusların müdafiəsi kampaniyası”na istinadən xəbər verir ki, dünən, 17 iyun Təbrizin mərkəzi həbsxanasında saxlanılan və 2018-ci ilin yanvar ayında kütləvi etirazlar zamanı həbs edilənlərdən biri Əmir Səttari Rauf tək kameralı otağa salınaraq fiziki zorakılığa məruz qaldıqdan sonra quru aclığa əl atıb. Ağır bədən xəsarətləri alan siyasi məhbus Təbriz həbsxanasının Tibb məntəqəsinə köçürülüb.
Bununla bağlı məlumatlı mənbə “Kampaniya”ya bildirib: “Səttarinin quru aclıq aksiyasına başlaması xəbəri dünən məhbuslar tərəfindən və telefon vasitəsilə həmin məhbusun ailəsinə bildirilib və ailəsinin bugün Məhkəmədən və Təbriz həbsxanasının rəhbərliyindən əldə etdiyi məlumatda həmin xəbər öz təsdiqini tapıb”.
Pedaqoji elmlər üzrə bakalavr təhsilli və 2018-ci ilin yanvar ayında kütləvi etirazlar zamanı həbs edilənlərdən biri Əmir Səttari Rauf təhlükəsizlik orqanları tərəfindən fiziki təzyiqlərə məruz qalaraq həbs olunub və bir gün sonra Təbriz Məhkəməsinə aparıldıqdan sonra şəhər həbsxanasının Karantin bölümünə köçürülüb.
Bu mədəni fəal 25 gündən, sonra istintaq başa çatana qədər 100 milyon tümən dəyərində girov müqabilində müvəqqəti olaraq sərbəst buraxılıb.
Qeyd edək ki, Səttari Təbriz şəhər İnqilab Məhkəməsinin ikinci şöbəsi tərəfindən “”Milli təhlükəsizliyə qarşı cinayət törədilməsi məqsədilə əlbir olma və sövdələşmə” ittihamı ilə 7 ay həbs cəzasına məhkum olub və 10 iyulda cəzasını çəkmək üçün Təbriz həbsxanasına köçürülüb.
Siyasi məhbus 12 iyun 2019-cu ildə audio yazı yayaraq aclıq aksiyasının səbəblərini açıqlayıb.
Aznews.tv