Cəmiyyətİran

Siyasi məhbusun səhhəti ağırlaşır – Anası məhkəmə sədrinə məktub yazdı

Zəncan Həbsxanasında olan siyasi məhbus Nərgiz Məhəmmədinin səhhəti narahatlığa doğurub.

İnsan Haqları Müdafiə Ocağının məlumatına görə, məhbusun səhhəti ilə bağlı Məhəmmədinin anası Üzzar Bazərqan İranın Məhkəmə Hakimiyyətinin sədri İbrahim Rəisiyə məktub ünvanlayıb. O, məktubunda bildirib ki, qızı Nərgiz Məhəmmədi ötən 15 gün ərzində kəskin öskürək, boğazda göynəmə və döş qəfəsində ağrılardan əziyyət çəkir.

“Qızım təknəfərlik kamerada müxtəlif xəstəliklərə tutulub. O, son 5 il ərzində 3 ağır cərrahiyyə əməliyyatı keçirib. Bu müddətdə ancaq 1 dəfə 3 günlük məzuniyyətə göndərilib. Qızımızla zülmlə və qeyri-insani davranılır, onun həyatını itirəcəyindən nigaranıq”.

Bazərqanın dediyinə görə, həbsxananın qadınlar bölməsinə birə yayılıb. Bölmənin birəyə qarşı dərmanlatdırılması üçün məhbuslar saatlarla soyuq havada həbsxanın həyətində saxlanılıblar.

“Qızım ağciyər emboliyasına və ağciyərində kəskin fəsada tutulduğuna görə mütəxəssis həkimin nəzarəti ilə nəfəs spreyindən istifadə edir. Ərim ilə birlikdə zindanın qeyri-standard şəraitinə etirazlarını bildirmişik, lakin etirazımıza baxmaq əvəzinə hədələyiblər”.

Qeyd edək ki, Nərgiz Nərgis Məhəmmədi 16 il müddətinə həbsə məhkum olunaraq Tehranın Evin Həbsxanasında saxlanılırdı. O, İranda noyabr etirazları zamanı ölənlərin ailələrinə dəstəyini göstərmək üçün digər məhbuslarla birgə Evin həbsxanasında həyatını itirən etirazçıların qırx mərasimi münasibəti ilə dinc nümayiş həyata keçirmişdi. Bundan sonra anidən onu Zəncan həbsxanasına köçürüblər.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close