Site icon Aznews TV

Siyasi məhbus Cəfər İbrahimi dərmandan imtina edib

 Bu barədə onun vəkili Kərəm Veysi məlumat yayıb:

“Cəfər İbrahimi Evin həbsxanasından Qızıl Hisar həbsxanasına köçürüldükdən sonra ağır döyüldüyü və bədən xəsarətləri aldığı barədə tibbi ekspertiza rəy vermədiyi müddətcə aclıq aksiyasını davam etdirəcəyini və dərman qəbul etməyəcəyini deyib”.

C.İbrahiminin bir neçə xəstəlikdən əziyyət çəkməsinə baxmayaraq, onun xəstəxanada müalicə olunmasına icazə verilmir.

Qeyd edək ki, Həmədan şəhərindən olan Cəfər İbrahimi 2022-ci il aprelin 30-da təhlükəsizlik məmurları tərəfindən saxlanılıb. O, “əlbir olmaq və toplaşmaq”, habelə “hökumət əleyhinə təbliğat” ittihamlarına görə 5 il azadlıqdan məhrum edilib.

Exit mobile version