İranSiyasət

Siyasi və mədəni fəallar: Koronavirusun ölkədə faciəyə çevrilməsinə Xameneyi cavabdehdir

İranda 100 siyasi və mədəni fəal ölkədə koronavirusun milli faciəyə çevrilməsinə görə Əli Xameneini günahlandırıb. 

Onlar prezident Həsən Ruhaninin də korona böhranını gizlətməkdə Xamenei ilə bir olaraq, durumun ağırlaşmasında rol oynadığını vurğulayıblar.

“Ölkədə koronavirusun milli faciəyə çevrilməsinə birbaşa Əli Xamenei cavabdehdir. Dövlət və təhlükəsizlik qüvvələrinin əhalinin məclis seçkilərində və 11 fevral mitinqinə qatılmalarını təmin etmək üçün koronavirusun yayılmasını gizlətməsi İran xalqını təhlükəli virusun qarşısını almaq üçün “qızıl fürsət”dən məhrub edib”, – açıqlamada deyilir.

Siyasi və mədəni fəallar Əli Xameneyinin “bioloji hücum” və “düşmən sırasındakı əcinnə” ilə bağlı açıqlamalarına, eləcə də “Sərhədsiz həkimlər” qrupunun İrandan qovulmasına işarə edərək bildiriblər:

“Hər bir İran vətəndaşının sağlamlığı və həyatı Xamenei, onun müşavirləri və rejim-təhlükəsizlik qüvvələri tərəfindən girov götürülüb. Xameneiyə tabe dövlət də bu siyasətin icraçısına çevrilib”

Açıqlamanı imzalayanar “Nə üçün İran Milli İnkişaf Xəzinəsinin pulları Qüds Qüvvələrinə xərclənməli, insanların həyati əhəmiyyətli sağlamlığına sərf edilməməlidir? Niyə Xameneinin nəzarətindəki iqtisadi qurumların sərmayəsi koronavirusla mübarizəyə xərclənmir?” sualını veriblər.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close