Dünyaİran

Rusiya, İran və Çindən total təbliğat: İsrail informasiya müharibəsində uduzur

Yaxın Şərq müharibəsi fonunda anti-İsrail mesajları və HƏMAS hekayələrini təbliğ edən kütləvi təbliğat kampaniyası qlobal miqyasda sosial şəbəkələrdə və ani mesencerlərdə son dərəcə aktivdir.

Onun effektivliyi Qərbdə güclü hiss olunur. Təkcə X platformasında (Twitter) anti-İsrail təbliğat məzmunu müharibə başlayandan bəri təxminən 100 milyon istifadəçi tərəfindən izlənilib. Bu məlumatı Ynet xəbər portalı İsrailin Diasporla İş üzrə Nazirliyinin apardığı araşdırmaya istinadən yayıb.

Vurğulanır ki, bu mesajların yayılmasında ABŞ və Avropa İttifaqı ölkələrinin aşağı təbəqəsində solçu ziyalılar, sağçı radikal və neonasist hərəkatları dəstəkləyənlər, müxtəlif ölkələrdəki kütləvi müsəlman dindarlar fəal iştirak edirlər. Lakin anti-İsrail təbliğatında aparıcı və istiqamətləndirici rol Rusiya, İran və Çinin dövlət qurumları tərəfindən maliyyələşdirilən və nəzarət edilən sosial şəbəkələrdəki meqapopulyar media resurslarına məxsusdur. Bu ölkələrin hər biri Qərbi vurğulamaqla, dünya ictimai rəyinə təsir etmək baxımından öz maraqlarını güdür. Məsələn Moskva diqqəti mümkün qədər Ukrayna müharibəsindən yayındırmağa və İsrailin tərəfində olan ABŞ-ni gözdən salmağa çalışır.

Ynet nəşri qeyd edir ki, İsrail dövlət səviyyəsində öz rəqiblərinin dezinformasiya və təbliğatının qarşısını almır. İnformasiya müharibəsində onlara qarşı bütün cəhdlər İsrail və beynəlxalq yəhudi könüllü icmalarından gəlir.

Related Articles

Bir cavab yazın

Back to top button