İranSağlıq & Yaşam

Son 24 saatda İranda 127 nəfər koronadan öldü

İranda son 24 saatda koronavirus xəstəsi olan 127 nəfərin ölümü ilə ölü sayı 1812 nəfərə çatıb.

Bu sözləri İran Səhiyyə Nazirliyinin İctimaiyyətlə Əlaqələr və İnformasiya Mərkəzinin rəhbəri Kianuş Cahanpur deyib. O, bu günə qədər ölkədə 23 min 49 insanın koronavirusa yoluxduğunu bildirərək, 8 min 376 nəfərin sağaldığını açıqlayıb:

“Dünən günortadan bu günə qədər ölkədə 1411 nəfər daha koronavirus xəstəsi qeyd edilib ki, bunları da hesaba qatarsaq, ölkədə virusa yoluxanların ümumi sayı 23 min 49-a çatmışdır. Xoşbəxtliklə ölkədəki korona xəstələrinin 8 min 376-ı sağalıb, gündən günə yaxşılaşanların sayı artır. Təəssüf ki, 127 xəstənin ölümü ilə ölkədə ümumi ölənlərin sayı 1812-ə çatdı. Korona xəstəliyindən ölənlərin 80%-i 60 yaşdan yuxarı idi. Ən azı bir əsas xəstəliyi var idi. Yoluxanların yaş ortalaması 59, ölənlərinki isə 64 idi. Yoluxanların 58,6%-i kişi, 41,4%-i qadındır. Ölənlərin 60%-i kişi, 40%-i idə qadındır”.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close