Site icon Aznews TV

Son aylar İranın müxtəlif bölgələrində mollalara hücumlar artıb

Aprelin 27-də Tehranın Mərzadarn bulvarında mollanın yersiz müdaxilələrindən əsəbiləşən vətəndaşın onu avtomobillə əzməyə çalışdığı barədə videolar yayılıb.Şahidlər mollanın sürücünün geyim tərzinə irad bildirdiyini və münaqişənin bu üzdən yarandığını bildiriblər.

Qeyd edək ki, xüsusilə son illər İranın müxtəlif yerlərində mollaların vətəndaşların şəxsi həyatına müdaxilələri onların döyülmələri, bir sıra hallarda öldürülmələri ilə nəticələnib. Son bir il ərzində İranın Qum, İsfahan, Tehran, Günbəd Kavus, Zahidan bölgələrində onlarla mollaya hücum edilib və onlardan dördü həlak olub.

#mollarejimi

Exit mobile version