İranda son həftələr ərzində mal ətinin qiyməti nəzərə çarpacaq səviyyədə artıb.
“Aznews tv”xəbər verir ki, bu barədə “Mehr” xəbər ajansı dünən, fevralın 8-də məlumat yayıb.
Ölkədə baş alıb gedən qiymət artımı ilə yanaşı, İran Kənd Təsərrüfatı Nazirliyinin kənd təsərrüfatı mallarının ölkə daxili ticarəti şöbəsinin rəisi İbrahim Zare mart ayının 21-dək mal ətinin münasib qiymətə satılacağını iddia edib.
Qeyd edək ki, son aylar İranda bir çox malların, özəlliklə də ərzaq mallarının qiyməti kəskin şəkildə yüksəlib və 40%-in üzərindəki inflyasiya səbəbindən insanlar hətta təməl qidaları belə almaqda çətinlik çəkirlər.