İranMədəniyyət və incəsənət

Son olaylardan sonra kinoteatrlara gedənlərin sayı kəskin azaldı

İranda Ukrayna təyyarəsinin vurulması olayından sonra kinoya bilet satışları 50 faiz azalıb.

Yayımlanan statistikada son bir neçə gündə kinoya gedən tamaşaçıların kəskin azaldığı, bilet satışlarının yarıya endiyi əksini tapıb.

Dekabrın 22-dən yanvarın 2-ə qədər Tehrandakı 29 film 7 milyard 28 milyon tümən satıb və 518 min 658 nəfər Tehrandakı sinəmalara gedib.

Bu tarix arasında bütün ölkədə kino izləyicilərinin sayı bir milyon 251 min, satışları isə 13 milyard 562 milyon tümən təşkil edib.

Qasım Süleymaninin öldürülməsi və Ukrayna təyyarəsinin vurulmasından sonra, qəzada SEPAH-ın günahkar elan edilməsi, mədəni və sənət fəaliyyətlərinə, xüsusən də film satışlarına birbaşa təsir edən bir atmosfer yaradıb.

Bu statistika göstərir ki, film izləyicilərinin sayı artmayıb, əksinə 50 faizə yaxın azalıb.

Qeyd edək ki, Qasım Süleymaninin öldürülməsi ilə əlaqədar kinoteatrlar üç gün müddətinə bağlanışdı.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close