Site icon Aznews TV

Soros: “Bəşəriyyətin xilası üçün Putin məğlub edilməlidir”

Reuters agentliyinin yazdığına görə, 91 yaşlı xeyriyyəçi Davos forumunda verdiyi illik şam yeməyi zamanı xəbərdarlıq edib ki, Ukraynada gedən müharibə açıq cəmiyyətlərlə Çin və Rusiya kimi qapalı cəmiyyətlər arasında gedən çarpışmanın bir hissəsidir: “Bu müdaxilə III Dünya Müharibəsinin başlanğıcı ola və sivilizasiyamız bu bu müharibədən sağ çıxmaya bilər. Bizim sivilizasiyamızı qoruyub saxlamağın bəlkə də yeganə və ən yaxşı yolu Putini mümkün qədər tez məğlub etməyimizdir”.

Sorosun fikrincə, Ukraynadakı müharibəni “xüsusi əməliyyat” adlandıran və Kremlin bütün məqsədlərinə çatacağını deyən Putin indi baş düşür ki, səhv edib və atəşkəs danışıqlarına hazırlaşır. “Lakin atəşkəs mümkün deyildir, çunki Putinə etibar etmək olmaz. Zəifləmiş Putin daha da hərəkəti bəlli olmayan olur”.

“Bugün Çin və Rusiya ən böyük təhlükədir”,-deyə Soros xəbərdarlıq edib ki, Avropa İttifaqı Putinin qazı kəsə biləcəyini başa düşməlidir.

Hazırda Avropa İttifaqı istehlak etdiyi qazın 40 faizini Rusiyadan alır.

Exit mobile version