
Bu barədə insan haqları fəalları məlumat yayıb.
İran Polis Komandanlığının bəyanatında sosial media kanallarının “qeyri-etik” paylaşımlar etdikləri iddia edilib.
Bildirlib ki, kanalların adminləri saxlanılıb və onlasra qarşı cinayət işi açılıb.
Adminlərin kimliyi və harada həbs edildikləri barədə açıqlama verilməyib.
İnsan haqları fəalları bağlanan kanalların hakimiyyətin siyasətlərini tənqid etdiklərinə görə cəzalandırıldıqlarını yazıblar.
Qeyd edək ki, aprelin 19-da İsrailin İrana hava zərbələri endirməsi ilə bağlı paylaşım edən onlarla sosial media fəalı həbs edilib.





