Site icon Aznews TV

Soydaşlarımızın “toyuq ovu” davam edir

Sözügedən məsələ ilə bağlı “Sulduz24” Telegram kanalında fotoşəkil dərc edilib. Soydaşlarımız quş əti üçün uzun növbələrə dayanırlar.

Xatırladaq ki, noyabrın 14-ü Qərbi Azərbaycan Kənd Təsərrüfatı Cihad Təşkilatının Heyvandarlığın Yaxşılaşdırılması üzrə vitse-prezidenti söz vermişdi ki, bölgədə toyuq qıtlığı 10 gün ərzində aradan qaldırılacaq.

Qeyd edək ki, Urmiya ilə yanaşı, bir neçə aydır ki, əyalətin şəhər və kəndlərində də toyuq əti qıtlığı müşahidə olunur.

Exit mobile version