DünyaSiyasət

Sper: Bu qruplara cavab vermək üçün qanuni səlahiyyətlərə malikik

İranın əvəzinə hücumlar təşkil edən qruplara cavab verməyə qanuni səlahiyyətələrə malikik.

Bu sözləri ABŞ Müdafiə naziri Mark Sper deyib.

“ABŞ konstitusiyasına əsasən Amerika qüvvələrinə hər hansı hücum üzrə reaksiya olaraq, hökumət İranın əvəzinə İraqda addımlar atan qruplara qarşı və İranın topraqlarında yerləşən bir sıra hədəflərə hücum etmək hüququna malikdir. Hərbi qüvvədən istifadə hüququ ABŞ-a icazə verir ki, İraqın torpaqlarında yerləşən və İranın əvəzinə addımlar atan qüvvələrə hücum etsin. ABŞ konstitusiyasının 2-ci maddəsi ilə prezidentə verilmiş səlahiyyətlərə əsasən, Amerikanın mövqeləri hücuma məruz qaldıqda Amerika İrana hücum edə bilər”, – Sper deyib.

NPR Radiosunun saytında yazılmış mətnə istinadən, amerikalı və iranlı rəsmilərin ikisi də hərbi toqquşma ehtimalının azaldığını bildirələrinə baxmayaraq, Sper bildirib ki, bölgə hələ də yaxından nəzarət altındadır.

“Biz İranın əvəzinə addım atan qruplar üzrə İranı məsuliyyət daşıyan bir ölkə kimi tanıyırıq. Onlara qarşı öz müdafiə hüququmuzu gündəmdə saxlayaraq həmin ölkənin əvəzindən hərəkət edən qrupların addımlarını qanun baxımdan əlverişli və mümkün olan yerlərdə əməllərinə cavabdeh edəcəyik”, – Sper sözügedən radio ilə söhbətində deyib.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close