Site icon Aznews TV

Stoltenberq: Ukraynaya yardımın Nümayəndələr Palatasında təsdiqlənməsini alqışlayıram

Aznews “İnterfaks Ukraina”ya istinadən xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti Baş katibin müvafiq şərhini yayıb.

 

“Bu qanun layihəsinin Nümayəndələr Palatasında təsdiqlənməsini alqışlayıram. Bu, Ukraynaya ikipartiyalı dəstəyin davamlı olduğunu nümayiş etdirir. Yardımın bu əhəmiyyətli artımı avropalı müttəfiqlərin Ukraynaya verdiyi on milyardlarla yardımı tamamlayacaq”, – o deyib.

 

Stoltenberq xatırladıb ki, aprelin 19-da NATO-Ukrayna Şurasının iclasında NATO müdafiə nazirləri Ukraynaya həm də hava hücumundan müdafiə sahəsində əlavə hərbi dəstək verməyə razılaşıblar.

 

“Mən Senatı tez hərəkətə keçməyə və bu qanun layihəsini Prezident Baydenə göndərməyə çağırıram”, – Alyansın başçısı vurğulayıb.

 

Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya yardım üçün 61 milyard dolların ayrılmasını təsdiqləyib. Daha sonra qanun layihəsi əksəriyyətin Ukraynaya yardımı dəstəklədiyi Senata ötürüləcək.

Exit mobile version