İranMədəniyyət və incəsənət

Sulduzda antik dövr tacirlərindən bir sıra tarixi əşya aşkarlanıb

Sulduzda antik dövr tacirlərindən bir sıra tarixi əşya aşkarlanıb.

Aznews.tv xəbər verir ki, hadisə ilə bağlı Sulduzun Mədəniyyət, Turizm və Əl işləri şöbəsinin müdiri Hamid Pərvəreş məlumat verib. O, şəhərdə antik dövr qaçaqmalçılarından bir sıra tarixi obyektlərin aşkarlandığını bildirib.

“Sulduzdakı evlərin birində antik əşyaların satılması haqqında xəbər aldıqdan sonra şəhərin mədəni irs qorunması bölməsinin bir qrup hüquq-mühafizə orqanları hadisə yerinə göndərilib. Mədəni İrs və Hüquq Mühafizə Birliyi ilə birgə əməliyyatda 3 qaçaqmalçı tutuldu. Mövcud əşyalar, o cümlədən, saxsı heykəllər, bir sıra sikkələr, formalı daşlar, küplər və bəzək əşyaları ələ keçirildi. Əməliyyat zamanı bir metal tapma və daş kəsici cihazı da ələ keçirilərək hüquq-mühafizə orqanlarına və şəhərin Mədəni İrs Birliyinə verilib”.

Qeyd edək ki, Sulduz Qərbi Azərbaycan əyalətinin cənub şəhərlərindən biridir.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close